2019-cu ilin I yarısında manatın xarici valyutalara nəzərən məzənnəsi açıqlanıb

14:11 - 14.08.2019


14 avqust, Fineko/abc.az. 2019-cu ilin I yarısında valyuta bazarında tələb-təklif nisbəti və manatın xarici valyutalara nəzərən məzənnəsi tədiyə balansındakı meyillərə uyğun formalaşıb.

Bu barədə məlumat Mərkəzi Bankın yanvar-iyun ayları üçün Pul Siyasəti İcmalında qeyd olunub.

İcmalda bildiririlir ki, iqtisadi subyektlərin xarici iqtisadi əməliyyatlarının dinamikası cari ildə də valyuta bazarında əməliyyatların həcmi müəyyənləşdirən başlıca amil olub. I yarımillikdə qeyri-nağd valyuta bazarında aparılmış əməliyyatların həcmi 12.1 mlrd. ABŞ dollar ekvivalentində 2 olub. Dövr ərzində qeyri-nağd valyuta bazarında əməliyyatların 81.4%-i ABŞ dollarında, 18.6%-i digər valyutalarda aparılıb. Qeyri-nağd valyuta əməliyyatlarının 34.4%-i banklararası valyuta bazarında (BVB), 65.6%-i isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılıb.

 

Bütün xəbərlər