VTB (Azərbaycan) Minskdə İnnovasiya forumunda iştirak edib

14.08.2019,15:09


14 avqust, Fineko/abc.az. Bank VTB (Azərbaycan) “Visa 2019 - VTB qrupun pərakəndə biznes üzrə innovasiya forumunda” iştirak edib. Tədbir VTB tərəfindən Visa beynəlxalq ödəniş sisteminin dəstəyi ilə həyata keçirilib. 

Forumda VTB (Rusiya) və törəmə bankların, eləcə də Visa şirkətinin nümayəndələri, MDB ölkələrində və Gürcüstanda pərakəndə biznesin inkişafı və rəqəmsallaşdırılması üçün innovativ həllər tərtib edən şirkət və tərəfdaşlar iştirak edib. 

Forum çərçivəsində fintex-startaplar tərəfindən həm ideya mərhələsində olan, həm də artıq reallaşmış bir çox müxtəlif layihələr təqdim edilib.  Tədbirdə səyahət edənlər üçün yeni mobil əlavələrin hazırlanması, müştərilərə xidmət göstərmək məqsədilə çat-botların tətbiqi kimi mövzular iştirakçıların böyük marağına səbəb olub.  

Bankın qarşısında duran strateji məsələlərdən biri biznesin, eləcə də daxili prosseslərin rəqəmsallaşdırılmasıdır. Bu məqsədlə müştərilərlə münasibətdə rəqəmsal kanalların payının xeyli artırılması və xarici kontragentlərlə əməkdaşlığın asanlaşdırılması nəzərdə tutulur. Buna görə VTB pilot layihələrin işə salınması, daxildə xidmətlərin optimallaşdırılması və tətbiqi üzərində fəal çalışır.

Açar sözlər: VTB