DGK tərəfindən büdcəyə 2 mlrd. manatdan çox vəsait daxil olub

15:19 - 14.08.2019


14 avqust, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2019-cu ilin son yeddi ayı ərzində Komitə tərəfindən dövlət büdcəsinə daxilolmalar 2 milyard 478 milyon 555 min manat təşkil edib.

Qeyd olunur ki, yeddi ayda gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 596 milyon 928 min manat, əlavə dəyər vergisi üzrə 1 milyard 693 milyon 276 min manat, aksizlər üzrə 162 milyon 447 min manat, yol vergisi üzrə isə 25 milyon 903 min manat olub.

 

Bütün xəbərlər