Maliyyə Nazirliyi avqustun 20-də 30 milyon manatlıq DQİ yerləşdirəcək

15:25 - 14.08.2019


14 avqust, Fineko/abc.az. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı Fond Birjası (BFB) vasitəsilə dövlət qısamüddətli istiqrazların (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirəcək.

BFB-in məlumatında deyilir ki, avqustun 20-də keçiriləcək hərracda AZ0104008740 nömrəli DQİ satışı həyata keçiriləcək.

“DQİ buraxılışının həcmi 30 milyon manat, hər istiqrazın nominal dəyəri 100 manat, tədavül müddəti 364 gün təşkil edəcək. Yerləşdirmənin anderrayteri qismində  “PASHA Capital” şirkəti çıxış edəcək”, -  BFB-in məlumatında belə deyilir.

 

 

Bütün xəbərlər