79 dövlət əmlakı hərraca çıxarılacaq

15:34 - 14.08.2019


14 avqust, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərraclardan biri 10 sentyabrda keçiriləcək. Bu dəfəki hərraca 79 dövlət əmlakı çıxarılıb. Onlardan 37-si kiçik dövlət müəssisəsi və qeyri-yaşayış sahəsi, 22-si səhmdar cəmiyyəti, 20-si isə nəqliyyat vasitəsidir.

Komitədən bildirilir ki, özəlləşdirməyə çıxarılan dövlət müəssisəsi olan Şəmkir rayonu, Keçili kəndindəki zavod filialıdır. Zavod 27.1 min kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılıb.

Bundan başqa, hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında nəqliyyat, kəndkimya, inşaat, təmir,  istehsal, xidmət və digər sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Şıxlar Broyler”, “Ucar İnşaat Xidmət”, “Neftçala Ət”, “Tovuz Məişət” və digər bu kimi dövlət müəssisələri aiddir. Onların özəlləşdirməyə çıxarılan səhm paketləri ümumi səhmlərin 30%-45%-ni təşkil edir.

 

Bütün xəbərlər