Sahibkarlar üçün seminar keçiriləcək

14.08.2019,17:11


14 avqust, Fineko/abc.az. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) birgə təşkilatçılığı ilə avqustun 22-də mikro və kiçik sahibkarlıq subyektlərinin rəhbərləri üçün “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” mövzusunda seminar keçiriləcək.

Bu barədə KOBİA-dan məlumat verilib.

Qeyd olunur ki, seminarda iştirak etmək istəyən sahibkarlar müvafiq məlumatları (ad, soyad, təmsil etdiyi müəssisə, vəzifəsi, əlaqə telefonu və e-mail ünvanı) mövzu yerinə “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” seminarı yazmaqla agentliyin “[email protected]” e-mail ünvanına göndərməlidirlər.