Azərbaycan MDB ölkələrinə 750 mln. dollarlıq məhsul ixrac edib

14.08.2019,17:21


14 avqust, Fineko/abc.az. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, cari ilin yanvar-iyul aylarında Azərbaycandan MDB ölkələrinə 749 milyon 97 min dollar dəyərində məhsul ixrac edilib.

Qeyd olunur ki, bu rəqəm 2018-ci ilə nisbətən 148 milyon 591 min dollar çoxdur.

Bildirilir ki, 2019-ci ilin yeddi ayında Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 1 milyard 823 milyon 900 min dollar olub.