AMB 200 milyon manat həcmində qısamüddətli notlar yerləşdirib

17:22 - 14.08.2019


14 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.

BFB-in məlumatında deyilir ki, 14 avqust  tarixində AMB 50101676S dövlət nömrəli, 200 milyon manat həcmində, 28 gün müddətinə qısamüddətli notlar təklif etmişdir.

Hərrac zamanı 14 investor tərəfindən qiyməti 99.5158 AZN (6.26%) olan 23 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 585,670,200.00 AZN olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5158 AZN (6.26%), orta ölçülmüş qiyməti 99.5158 AZN (6.26%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200,000,000.00 AZN təşkil etmişdir.

Notların ödəmə tarixi: 11 sentyabr 2019-cu il.

 

Bütün xəbərlər