Cari ildə 9,5 mlrd. dollarlıq neft və neft məhsulları ixrac edilib

17:31 - 14.08.2019


14 avqust, Fineko/abc.az. Dövlət Gömrük Komitəsidən verilən məlumata əsasən, cari ilin yanvar-iyul aylarında Azərbaycandan 19 milyon 554 min 245 ton xam neft və bitumlu minerallardan alınan neft məhsulları ixrac edilib.

Bildirilir ki, yeddi ayda ixrac edilən neft və neft məhsullarının dəyəri isə 9 milyard 541 milyon 342 min ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin 7 ayında ölkədən 16 milyon 658 min 927 ton xam neft ixrac olunmuş, ixrac edilən neftin dəyəri 8 milyard 676 milyon 292 min dollar təşkil etmişdi.

 

Bütün xəbərlər