Neftin qiyməti enir, Azeri Light 3,5% ucuzlaşdı

10:08 - 15.08.2019


15 avqust, Fineko/abc.az. Azərbaycanın “Azeri Light” markalı nefti $2,28 (3,56%) düşüb və bir barelə 61,81 dollar təşkil edib.

Avqustun 14-də keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in oktyabr fyuçersi $1,82 (2,97%) artaraq bir barelə $59,48 təşkil etmişdir. Cümə axşamı günü “Brent”in  qiyməti saat 9:15-də  $0,38 (0,64%) azalaraq $59,10 /barelə təşkil edib.

NYMEX birjasında avqustun 14-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin sentyabr fyuçersi $1,87 (3,27%) artaraq bir barelə $55,23 təşkil etmişdir.  Onun qiyməti cümə axşamı günü saat 9:15-də $0,27 (0,49%) enərək $54,96 / barelə təşkil etmişdir.

 

Bütün xəbərlər