Əmək pensiyalarının minimum məbləği artırılıb

10:45 - 15.08.2019


15 avqust, Fineko/abc.az. Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi haqqında Fərman imzalayıb.

Fərmana əsasən əmək pensiyasının minimum məbləği 2019-cu il oktyabrın 1-dən 200 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.

 

 

Bütün xəbərlər