Ödənişlər mobil telefonlarla həyata keçiriləcək?

12:11 - 15.08.2019


15 avqust, Fineko/abc.az. Maliyyə Bazarlarına Nəzarət Palatasında “Visa Inc.” beynəlxalq kart təşkilatı ilə birgə nağdsız ödəniş xidmətlərinin genişləndirilməsi və təkmilləşdirilməsi mövzusunda seminar keçirilib. Seminarda POS-terminal olmadan mobil telefonlar vasitəsilə nağdsız ödənişlərin həyata keçirilməsi imkanları müzakirə edilib.

Tədbir “Visa Inc.” beynəlxalq kart təşkilatı tərəfindən ölkədə ilk dəfə tətbiq ediləcək və nağdsız ödənişlərin inkişafında, habelə innovativ ödəniş həllərinin tətbiqinin genişləndirilməsində mühüm rol oynayacaq tokenizasiya xidmətinə həsr olunub.

İştirakçılara tokenizasiya xidməti və onun üstünlükləri, təsərrüfat subyektlərində POS-terminal olmadan mobil telefonlar vasitəsilə nağdsız ödənişlərin həyata keçirilməsi imkanları müzakirə edilib. Palata tərəfindən ölkədə tətbiqi dəstəklənən bu layihə nağdsız ödənişlərdə yeniliklərin tətbiqinə səbəb olmaqla, nağdsız cəmiyyətin formalaşmasında və nağdsız ödənişlərin ödəniş kartı ilə yanaşı digər vasitələrlə həyata keçirilməsində mühüm rol oynayacaq.

 

Bütün xəbərlər