“Buta Airways” Tehran istiqamətindəki reysləri yeni terminalda həyata keçirəcək

16:01 - 15.08.2019


15 avqust, Fineko/abc.az. 2019-cu il sentyabrın 1-dən etibarən “Buta Airways”in Tehran istiqamətində olan bütün reysləri “İmam Xomeyni” beynəlxalq hava limanının (IKA) yeni “Salam” terminalına həyata keçiriləcək.

Bu barədə Aviaşirkət məlumat verib.

Qeyd edilib ki, biletləri əldə etmiş sərnişinlər aviabiletin alınması zamanı göstərilən telefon nömrələri vasitəsilə aviaşirkətin proseduruna uyğun olaraq məlumatlandırılacaq.

 

Bütün xəbərlər