İnvestisiya layihələrinin maliyyələşdirilməsinə 50 mln. manatadək güzəştli kredit verilib

16:15 - 15.08.2019


15 avqust, Fineko/abc.az. 2019-cu ilin 6 ayında İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kreditlərin verilməsi ilə bağlı 1500 sahibkarın iştirakı ilə 12 işgüzar forum keçirilib, müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 178 milyon manat olan 510 investisiya layihəsinin maliyyələşdirilməsinə 50 milyon manatadək güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1265 yeni iş yerinin açılmasına imkan yaradır.

Bunu İqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, güzəştli kreditlərin 68%-i aqrar sektorun, 32%-i sənaye istehsalı və emalının, eləcə də 44%-i regionların, 56%-i isə Bakı qəsəbələrinin payına düşür.

 

Bütün xəbərlər