SOCAR Kiyevdə yeni yanacaqdoldurma kompleksi açıb

16:35 - 15.08.2019


15 avqust, Fineko/abc.az. SOCAR şirkəti Kiyevdə yeni yanacaqdoldurma kompleksi açıb. Kompleks Stoliçnoye şose, 100 ünvanında yerləşir.

Bu barədə  “SOCAR Ukrayna” Ticarət Evi məlumat verir.

Məlumata əsasən müştərilər burada A-92, A-95, həmçinin Nano firma yanacağının bütün növləri – A-98, A-95, Diesel Nano və Diesel Nano Extro yanacaqları ilə təchiz olunurlar.

Yeni yanacaqdoldurma kompleksi SOCAR-ın Ukrayna şəbəkəsində 60-cı, Kiyev bölgəsində isə 13-cüdür.

Xatırladaq ki, SOCAR Energy Ukraine Azərbaycan Dövlət Neft Şirkətinin törəmə şirkətidir və 2008-ci ildən fəaliyyət göstərir. Hazırda premium-klass yanacaqdoldurma məntəqələri şəbəkəsinə 60 kompleks, 2 yağ bunkerçisi daxildir. Onlar Ukraynanın 11 vilayətində fəaliyyət göstərirlər.

 

Bütün xəbərlər