Bu il sahibkarlara 1130 lisenziya verilib

15.08.2019,17:03


15 avqust, Fineko/abc.az. İqtisadiyyat naziri Şahin Mustafayev nazirlikdə keşirilmiş kollegiya iclasında çıxışı zamanı qeyd edib ki, cari ilin altı ayında sahibkarlara 1130 lisenziya verilib ki, bunların da 568-i yeni, 562-si isə müddətsiz lisenziyalarla əvəzetmədən ibarətdir.

“Ümumilikdə isə İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə 2015-ci il noyabrın 2-dən bu il iyulun 1-dək sahibkarlar 7900-dən çox lisenziya əldə edib. Ötən ilin martında yaradılan “Lisenziyalar və icazələr” portalı vasitəsilə artıq 1100-dən çox elektron lisenziya verilib.”-deyə nazir qeyd edib.