Neftin qiyməti azaldı, Azeri Light 0,6% ucuzlaşdı

09:58 - 16.08.2019


16 avqust, Fineko/abc.az. Azərbaycanın “Azeri Light” markalı nefti $0,37 (0,6%) enib və bir barelə 61,44 dollar təşkil edib.

Neft bazarı cümə gününün ticarəti gedişatında bərpa olunmaqdadır. Həftənin əvvəlindən etibarən Brent markalı neft 0,2%, WTI isə 0,9% bahalaşıb.

Avqustun 15-də keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in oktyabr fyuçersi $1,25 (2,1%) azalaraq bir barelə $58,23 təşkil etmişdir. Cümə günü “Brent”in  qiyməti saat 9:15-də  $0,76 (1,31%) artaraq $58,99 /barelə təşkil edib.

NYMEX birjasında avqustun 15-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin sentyabr fyuçersi $0,76 (1,38%) azalaraq $54,47 təşkil etmişdir.  Onun qiyməti cümə günü saat 9:15-də $0,86 (1,58%) qalxaraq $55,33 / barelə təşkil etmişdir.

 

Bütün xəbərlər