Bu gün Abşeronun bir sıra qəsəbələrində qaz təchizatı dayandırılıb

16.08.2019,10:14


16 avqust, Fineko/abc.az. “Azəriqaz” İB-dən verilən məlumata görə,  bu gün saat 09:00-dan işlər başa çatanadək Abşeron rayonu Ceyranbatan, Saray, Müşviqabad, 28 may qəsəbələri, Çayli-Qobustan yaşayış massivi, eləcə də Xırdalan şəhəri, Hökməli, Atyalı, Qobu, Daş-Güzdək, Aşağı-Güzdək, Çiçək qəsəbələri və Qaçqınlar şəhərciyində bir qrup istehlakçının qaz təchizatı dayandırılıb.

Qeyd olunur ki, bu müddət ərzində “Qaradağ-Sumqayıt” magistral qaz kəmərinin bir hissəsinin dayaqlar üzərinə qaldırılması işləri aparılacaq.

Bundan başqa, bu gün saat 10:00-dan orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmalarının ləğvi ilə əlaqədar Abşeron rayonunun Xırdalan kəndi, “Mexkalon” adlanan yaşayış massivində bir qrup istehlakçının qaz təchizatı dayandırılır.