Vüqar Bayramlı: Problemli kreditlərin beynəlxalq uyğunluq həddinə salınmasına ehtiyac var

11:50 - 16.08.2019


16 avqust, Fineko/abc.az. Bank sektoru üçün ən böyük problemlərdən biri problemli kreditlərin həcmidir.

Bunu ABC.AZ saytının problemli kreditlərin həll olunması bank sektorunun inkişafına hansı formada təsir edə bilər sualına cavab verərkən iqtisadçı-ekspert Vüqar Bayramlı bildirib.

Onun sözlərinə görə, problemlli kreditlərin həcminin azaldılması, xüsusən də toksid aktivlərin azaldılması istiqamətində fəaliyyətin genişləndirilməsi vacibdir. Buna baxmayaraq ekspert hesab edir ki, hələlik problemli kreditlərin həcmi və xüsusən də kredit portfelindəki payı arzuolunan səviyyədə deyil: “Bu isə ondan xəbər verir ki, problemli kreditlərin sturukturuna diqqət yetirərək fəaliyyətlərin həyata keçirilməsinə ehtiyac var. Çünki bu həm də ondan xəbər verir ki, hüquqi şəxslərin və ya fiziki şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə kredit götürüb geri qaytara bilməyən vətəndaşlarımızın sayı çoxdur. Bu da problemli kreditlərin strukturuna təsir göstərir. Bu istiqamətdə islahatlar davam etməlidir. Problemli kreditlərin beynəlxalq uyğunluq həddinə salınmasına ehtiyac var. Əks halda problemli kreditlər bank sektoru üçün problemlərdən biri olaraq qalacaq”.

Bütün xəbərlər