Yanvar-iyul aylarında 27,3 mlrd. manatlıq sənaye məhsulu istehsal edilib

15:14 - 16.08.2019


16 avqust, Fineko/abc.az. Dövlət Statistika Komitəsin məlumatına əsasən, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən yanvar-iyul aylarında 27,3 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 % çox sənaye məhsulu istehsal edilib.

Bildirilir ki, sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı 15,8 % artıb. Sənaye məhsulunun 25,1 %-i emal sektorunda istehsal olunub.

Emal sektorunda ən çox artım ağacın emalı və ağacdan məmulatların, hazır metal məmulatlarının, kompüter, elektron və optik məhsulların, içkilərin, toxuculuq sənayesi məhsullarının, mebel istehsalı, kimya sənayesi məhsullarının istehsalı, kağız və karton istehsalı, rezin və plastik kütlə məmulatlarının istehsalı, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri, tütün məmulatlarının istehsalında qeydə alınıb.

Nəqliyyat vasitələrinin və elektrik avadanlıqlarının, dəri və dəri məmulatlarının, ayaqqabıların, metallurgiya sənayesi məhsullarının, avtomobil, qoşqu və yarımqoşquların istehsalında isə azalma qeydə alınıb.

 

Bütün xəbərlər