İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

15:41 - 16.08.2019


16 avqust, Fineko/abc.az. Avqustun 19-da Bakı Fond Birjasında (BFB) “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu” ASC–nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Bu barədə BFB məlumat verir.

Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.

Bildirilir ki, emissiyanın həcmi 20 milyon manat, nominal qiyməti 1000 və hərrac qiyməti 1002 manat, faiz dərəcəsi 3 %, istiqrazların tədavül müddəti 23 il, faiz gəlirinin ödəniş müddəti 180 gündür. “PSG-Kapital İŞ” QSC anderrayter vəzifəsində çıxış edir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcək.

Hərracda iştirak etmək istəyənlər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

 

Bütün xəbərlər