Cari ilin yeddi ayında əsas kapitala 7 mlrd. 395,5 mln. manat vəsait yönəldilib

16.08.2019,16:31


16 avqust, Fineko/abc.az. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7 milyard 395,5 milyon manat vəsait yönəldilib, sərf edilmiş vəsaitin 67,7 %-ni bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib.

Qeyd olunur ki, ümumi sərmayənin 64,3 %-i məhsul istehsalı sahələrinə, 26,4 %-i xidmət sahələrinə, 9,3 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 70,8 %-i təşkil edib.

Bildirilir ki, əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 55,3 %, büdcə vəsaitləri 28,1 %, bank kreditləri 7,9%, əhalinin şəxsi vəsaitləri 6,9 %, büdcədənkənar fondların vəsaitləri 1,5 %, digər vəsaitlər isə 0,3 % olub.