Bu gün Sumqayıtda qaz təchizatı dayandırılacaq

10:15 - 19.08.2019


19 avqust, Fineko/abc.az. Bu gün saat 10:00-dan etibarən işlər başa çatanadək Sumqayıt şəhərinin bir neçə məhəllə və mikrorayonunda, eləcə də Corat, Novxanı, Saray, Ceyranbatan və “Metallurq bağları” yaşayış sahələrində qaz təchizatı dayandırılacaq.

Bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Qeyd olunur ki, bu müddət ərzində “Şəhər-4” orta təzyiqli qaz kəmərindən ayrılan qollarda siyirtmələrin əvəzlənməsi işləri aparılacaq.

 

Bütün xəbərlər