Azərbaycan Almaniyaya 600 mln.dollarlıq məhsul ixrac edib

11:22 - 19.08.2019


19 avqust, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinnin məlumatına əsasən, 2019-cu ilin yanvar-iyul aylarında Azərbaycandan Almaniyaya 600 milyon 894 min dollar dəyərində məhsul ixrac edib.

Qeyd olunur ki, ötən ilin müvafiq dövrünə nisbətən bu ilin yeddi ayında ixracda 179 milyon 834 min dollar dəyərində artım müşahidə olunur.

Bundan başqa Almaniyadan Azərbaycana isə 406 milyon 84 min dollarlıq məhsul idxal edib.

Bütün xəbərlər