Bu il ölkəyə 8 min 36 ton əczaçılıq məhsulları idxal olunub

11:41 - 19.08.2019


19 avqust, Fineko/abc.az. Cari ilin yanvar-iyul aylarında ölkəyə 8 min 36 ton əczaçılıq məhsulları idxal olunub.

Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında deyilir.

Qeyd olunur ki, hesabat dövründə idxal edilən əczaçılıq məhsullarının dəyəri 154 milyon 849 min dollar olub. Bildirilir ki, ötən ilin müvafiq dövründə 153 milyon 793 min dollarlıq 8 min 333 ton əczaçılıq məhsulları idxal edilib.

 

Bütün xəbərlər