AMB depozit hərracında 150 milyon manat cəlb etdi

19.08.2019,12:52


19 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün növbəti depozit hərracı keçirib.

AMB-dan verilən məlumata əsasən, 19 avqust tarixində hərracda Mərkəzi Bank 150 milyon manat cəlb edib.

“Depozit hərracında təklif  732 milyon manat, orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil etmişdir. Vəsaitlər 12 gün müddətinə cəlb edilib”, - AMB-dan  təqdim edilən məlumatda belə deyilir.

Depozit hərraclarını AMB 2016-cı ilin iyun ayından etibarən keçirir.