KOBİA daxili bazar araşdırmalarına başlayır

15:11 - 19.08.2019


19 avqust, Fineko/abc.az. Avqustun 19-dan etibarən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin daxili bazar araşdırmalarına dövlət dəstəyinin göstərilməsi üçün müraciətlərin qəbuluna başlanılır.

Məlumatda qeyd edilir ki, məqsəd KOB subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması üçün onlara daxili bazarın mövcud vəziyyətinin öyrənilməsində maliyyə və informasiya dəstəyinin göstərilməsinə, özəl sektorda məhsul istehsalının artırılmasına, rəqabətqabiliyyətli məhsullar istehsal edən yeni müəssisə və obyektlərin yaradılmasına nail olmaqdır.

Sahibkarlıq subyektləri daxili bazar araşdırmalarının aparılması üçün Agentliyə müraciət edə bilərlər.

Müraciət üçün nümunəvi ərizə forması və tələb olunan sənədlər barədə məlumatlar KOBİA-nın www.smb.gov.az rəsmi internet səhifəsində yerləşdirilib (http://smb.gov.az/nav/daxili-bazar-arasdirmalari).

 

Bütün xəbərlər