Azərbaycan Gürcüstana 64 mln. dollarlıq neft və neft məhsulları ixrac edib

16:50 - 19.08.2019


19 avqust, Fineko/abc.az. Gürcüstanın Milli Statistika İdarəsinin hesabatına əsasən 2019-cu ilin yanvar-iyul aylarında Gürcüstan Azərbaycandan 116 min 447,3 ton neft və neft məhsulları idxal edib.

Qeyd olunur ki, Azərbaycanın Gürcüstana ixrac etdiyi neft və neft məhsullarının ümumi dəyəri 64 milyon 186,7 min dollar təşkil edib. İllik müqayisədə qonşu ölkənin Azərbaycandan idxal etdiyi neft və neft məhsulları həcm baxımından 21 min 623,2 ton və ya 22 %, dəyər baxımından isə 10,7 % çoxdur. Xatırladaq ki, 2018-ci ilin yanvar-iyul ayları ərzində Gürcüstan Azərbaycandan 57 milyon 977,9 min dollar dəyərində 94 min 824,1 ton neft və neft məhsulları idxal edib.

 

Bütün xəbərlər