Bu il Azərbaycandan poçt vasitəsilə 2 ton yük daşınıb

17:25 - 19.08.2019


19 avqust, Fineko/abc.az. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, 2019-cu ilin yanvar-iyul aylarında Azərbaycandan poçt vasitəsilə ümumilikdə 2 ton yük daşınıb ki, bu yüklərin dəyəri 835 min 260 dollardır.

Qeyd olunur ki, yeddi ayda poçt vasitəsilə ixrac olunan 40 kiloqram yükün dəyəri 11 min 670 dollar təşkil edib.

İdxal edilən yüklərin həcmi 1 ton 960 kiloqram, dəyəri isə 823 min 590 dollar olub.

 

Bütün xəbərlər