Neft bahalaşdı, Azeri Light 1,18% kəskin artdı

10:27 - 20.08.2019


20 avqust, Fineko/abc.az. Azərbaycanın “Azeri Light” markalı nefti $0,73 (1,18%) artıb və bir barelə 62,64 dollar təşkil edib.

Neftin etalon markalarının qiymətləri, ötən günkü cüzi artımdan sonra çərşənbə axşamı günü səhər saatlarında bir qədər dəyişib.

Avqustun 19-da keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in oktyabr fyuçersi $1,10 (1,88%) artaraq bir barelə $59,74 təşkil etmişdir. Çərşənbə axşamı günü “Brent”in  qiyməti saat 9:10-da  $0,05 (0,08%) artaraq $59,79 /barelə təşkil edib.

NYMEX birjasında avqustun 19-da keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin sentyabr fyuçersi $1,34 (2,44%) artaraq $56,21 təşkil etmişdir.  Onun qiyməti çərşənbə axşamı günü saat 9:10-da $0,02 (0,03%) qalxaraq $56,23 / barelə təşkil etmişdir.

 

Bütün xəbərlər