Çin yuanın qiymətini ilk dəfə minimum qiymətə endirib

10:31 - 20.08.2019


20 avqust, Fineko/abc.az. Çin Mərkəzi Bankı milli valyutanın məzənnəsini yenə aşağı salıb.

Çin Xalq Bankı (Mərkəzi Bank) milli valyutanın məzənnəsini 7,0454 yuana qədər endirib.

Statistik məlumatlara görə, bu, 2008-ci il 24 mart tarixindən bəri minimum qiymətdir.

Belə ki, avqustun 1-dən keçən həftənin ortalarına qədər yuan məzənnəsi davamlı şəkildə düşməyə davam edib.

ABŞ-ın Maliyyə Nazirliyi isə Çini valyuta manipulyasiyalarında günahlandıraraq, rəsmi Pekini bu məsələdə şəffaf olmağa çağırıb.

Çin Mərkəzi Bankının sözügedən məsələ barədə açıqlamasına görə, bu, qlobal iqtisadiyyata və dünya maliyyə sisteminə mənfi təsir göstərəcək

 

Bütün xəbərlər