Bu gün Binəqədi, Sabunçu və Samuxun bir neçə ərazisində qaz təchizatı dayandırılacaq

12:03 - 20.08.2019


20 avqust, Fineko/abc.az. Bu gün saat 09:00-dan Samux rayonunun bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb.

Bu barədə “Azəriqaz” İB-nin məlumat verib.

Qeyd olunur ki, bu müddət ərzində texniki baxış zamanı aşkarlanmış qaz sızmalarının ləğvi işləri aparılacaq. Saat 10.00-dan Binəqədi rayonu Xocahəsən qəsəbəsində yeni çəkilmiş qaz xəttinin və qollarının qoşulması da icra olunacaq. Bu zaman Binəqədi rayonu, Sulutəpə və Xocahəsən qəsəbələrində qaz təchizatı dayandırılacaq. Bundan başqa Sabunçu rayonunda aparılan abadlıq işləri ilə bağlı orta təzyiqli qaz xəttində təmir-bərpa işlərinə zəruriyyət yaranıb. Saat 10:00-dan işlər başa çatanadək Kürdəxanı kəndində də qaz təchizatı dayandırılacaq.

 

 

Bütün xəbərlər