Gürcüstan bu il Azərbaycandan 641,368 mln. kilovat-saat elektrik enerjisi alıb

20.08.2019,12:20


20 avqust, Fineko/abc.az. “Gürcüstanın Elektrik Enerjisi Sisteminin Kommersiya Operatoru” (ESCO) yaydığı məlumata əsasən, 2019-cu ilin yeddi ayında Gürcüstan saatda 716,2 milyon kilovat elektrik enerjisi idxal edib. Bunun da 89,57 %-ni Azərbaycandan alıb.

Qeyd olunur ki, Gürcüstan hesabat dövründə Azərbaycandan saatda 641,368 milyon kilovat elektrik enerjisi alıb.