Cənubi Koreyanın kriptobirjaları müflisləşməyə doğru gedir

14:54 - 20.08.2019


20 avqust, Fineko/abc.az. Cənubi Koreyada kriptobirjaların beşi ilk yüzlükdə olsa da, qalan yerli platformalarının  97%-i iflasa uğramaq üzrədir.

Xarici KİV-lərin yazdığına görə, bu problem səbəbindən yerli startaplar tokenlərin listinqini xarici platformalarda aparmaq məcburiyyətində qalırlar. Bununla yanaşı sayı 200-dən çox olan kiçik birjalar isə rəsmiləşdirilmiş virtual hesab aça bilmirlər. 2017-ci ilin sonunda Cənubi Koreyanın payına bitkoin hərraclarının 20%-i düşüb. Son dövrlərdə vəziyyət köklü şəkildə dəyişib, çünki yerli istifadəçilərin rəqəmsal pula olan marağı azalmağa başlayıb.

Bütün xəbərlər