Bu il satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 26,8 mlrd. manat təşkil edib

20.08.2019,15:48


20 avqust, Fineko/abc.az. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yeddi ayında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 26,8 milyard manat olmaqla ötən ilə nisbətən müqayisəli qiymətlərlə 2,7 % artıb.

Məlumatda bildirilir ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri əvvəlki ilin yanvar-iyul aylarının səviyyəsini real ifadədə 2,7% üstələyərək 25,8 milyard manata bərabər olub, onun 47,3 %-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Qeyd edilir ki, hesabat dövründə istehlak bazarında bir istehlakçı orta hesabla ayda 387,7 manatlıq və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 15,6 manat çox əmtəə alıb və ödənişli xidmətlərdən istifadə edib.