2019-cu ilin yanvar-iyul aylarında Bakı Fond Birjasında əqdlər üzrə dövriyyə artıb

16:23 - 20.08.2019


20 avqust, Fineko/abc.az. 2019-cu ilin yanvar-iyul aylarında Bakı Fond Birjasında (BFB) əməliyyatların ümumi dövriyyəsi 8 682 804,172 min manat təşkil edib ki, bu da 2018-ci ilin analoji dövründən 14,4% çoxdur.

BFB-nin məlumatında deyilir ki, dövlət qiymətli kağızları ilə sövdələşmələrin payına 7 585 217,195 min manat düşüb.

Bununla yanaşı, Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazların yerləşdirilmə həcmi 630 172,347  min manat təşkil edib. İstiqrazların ilkin bazarda yerləşdirilmə həcmi 408 958,092 min manat, təkrar bazarda yerləşdirilməsi isə 221 214,255 min manat təşkil edib.

Hesabat dövründə Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilmə həcmi 6 955 044,848 min manat təşkil edib. Bununla yanaşı, ilkin bazarda notların yerləşdirilmə həcmi 6 747 041,01 min manat, təkrar bazarda 208 003,838 min manat təşkil edib.

2019-cu ilin yanvar-iyul aylarında BFB-nin ümumi dövriyyəsində korporativ bazarın payına 406 063,089 min manat düşüb. İlkin bazarın payına 64 756,747 min manat, təkrar bazarın payına 341 306,342 min manat düşüb.

İlkin bazarda Azərbaycan İpoteka və Kredit-Zəmanət Fondunun istiqrazlarının yerləşdirilmə həcmi 60 456,747 min manat, təkrar bazarda 312 248,603 min manat təşkil edib.

Digər korporativ istiqrazların yerləşdirilməsi həcmi 4 mln. manat, təkrar bazarda 27 883,142 min manat təşkil edib.

2019-cu ilin yanvar-iyul aylarında birjanın ümumi dövriyyəsində repo-əməliyyatların payına 691 523,888 min manat düşüb.

İyulun sonuna birjanın kapitallaşması 3 371,984 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,2% çoxdur.

         

 

Bütün xəbərlər