08.12.2017,17:28
8 dekabr, Fineko/abc.az. Azərbaycanın “SOCAR Trading” şirkəti ilə Vyetnamın “Binh Son Refining and Petrochemical Co.” (BSR) şirkəti arasında müqavilə imzalanıb.
Müqavilənin qüvvədə olma müddəti, yəni 2018-2021-ci illər ərzində “SOCAR Trading” hər ay Vyetnam şirkətinə 3 milyon barel “Azeri Light” və 2 milyon barel digər markalı xam neft tədarük edəcək. Tədarük ediləcək xammal “Dung Quat” neft emalı zavodu üçün nəzərdə tutulub.
BSR şirkətinin rəhbəri Nquyen Xoay Cianq bildirib ki, imzalanan müqavilə şirkət üçün çox böyük əhəmiyyət kəsb edir.
Qeyd edək ki, Vyetnamda 2017-ci ilin ilk 11 ayı ərzində neft hasilatı illik müqayisədə 10,6% azalaraq 12,48 milyon ton və ya gündəlik 273,8 min barelə düşüb. Halbuki, ölkədə illik istehsal həcmləri 14,2 milyon ton səviyyəsində planlaşdırılmışdır.
“Thompson Reuters Eikon” sisteminin məlumatına əsasən, cari ilin yanvar-noyabr aylarında SOCAR Vyetnama artıq 4 milyon ton xam neft ixrac etmişdir.
Səngəçal terminalının texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.
04.08.2022,14:57
08 Avgust 2022 | 11:09
08 Avgust 2022 | 10:58
08 Avgust 2022 | 10:34
08 Avgust 2022 | 10:27
08 Avgust 2022 | 10:09
08 Avgust 2022 | 10:03
08 Avgust 2022 | 09:40
08 Avgust 2022 | 09:20
06 Avgust 2022 | 13:22
06 Avgust 2022 | 11:30
05 Avgust 2022 | 17:26
05 Avgust 2022 | 17:23
05 Avgust 2022 | 17:12
05 Avgust 2022 | 16:59
05 Avgust 2022 | 16:52
08 Avgust 2022 | 09:40
08 Avgust 2022 | 09:20
08 Avgust 2022 | 10:09
08 Avgust 2022 | 10:03
08 Avgust 2022 | 10:27
08 Avgust 2022 | 10:34
08 Avgust 2022 | 10:58
08 Avgust 2022 | 11:09