Cari ildə istehsal olunan dizel yanacağı 1,2 mln. tondan çox olub

17:17 - 20.08.2019


20 avqust, Fineko/abc.az. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin yeddi ayında Azərbaycanda 1 milyon 249,4 min ton dizel yanacağı, 714,1 min ton avtomobil benzini, 170,4 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 350,8 min ton ağ neft, 63,3 min ton yanacaq mazutu, 12,4 min ton sürtkü yağları, 132,4 min ton neft bitumu və 144,4 min ton neft koksu istehsal edilib.

Bildrilir ki, yeddi ayda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 840,2 milyon manat olmaqla əvvəlki ilin eyni ayları ilə müqayisədə 1,4 % artıb.

Qeyd olunur ki, neft məhsullarından sürtkü yağlarının, neft bitumunun istehsalı azalıb. Avtomobil benzininin, ağ neftin, yanacaq mazutunun, dizel yanacağının, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı isə artıb.

 

Bütün xəbərlər