Bu il CQBK boru kəməri vasitəsilə 5 mlrd. 811,8 mln. kubmetr təbii qaz nəql edilib

09:47 - 21.08.2019


21 avqust, Fineko/abc.az. 2019-cu ili yanvar-iyul aylarında Azərbaycandakı magistral qaz kəmərləri ilə 15 milyard 999,6 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni dövrünə nisbətən 20,3 % artım müşahidə olunub.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.

Qeyd edilir ki, yeddi ayda qaz nəqlinin 36,3 %-i Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 5 milyard 811,8 milyon kubmetr təbii qaz göndərilib.

 

Bütün xəbərlər