Azərbaycana idxal olunan məhsulların 16,1 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb

10:18 - 21.08.2019


21 avqust, Fineko/abc.az. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2019-cu ilin yanvar-iyun aylarında Azərbaycana idxal olunan məhsulların 16,1 %-i dəmir yolu nəqliyyatı ilə daşınıb.

Bildirilir ki, altı ayda idxalın 42,9 %-ni avtomobil, 16,1 %-ni dəmir yolu, 33,2 %-ni hava, 4,6 %-ni isə dəniz nəqliyyatı ilə gətirilən yüklərin dəyəri təşkil edib.

 

Bütün xəbərlər