Dövlət Turizm Agentliyi tender keçirir

10:19 - 21.08.2019


21 avqust, Fineko/abc.az. Dövlət Turizm Agentliyi 2019-cu il oktyabrın 16-dan 18-dək Sinqapur Respublikasının Sinqapur şəhərində keçiriləcək turizm sərgisində agentlik üçün açar təhvili üsulu ilə sərgi stendinin quraşdırılması işlərinin satın alınması məqsədilə açıq tender elan edir.

Açıq tenderdə sərgi stendinin quraşdırılması sahəsində təcrübəsi olan və ixtisaslı işçi heyətinə malik rezident və qeyri-rezident hüquqi şəxs, yaxud yeni hüquqi şəxs yaratmadan hüquqi şəxslər birliyi iştirak edə bilər.

Elanda qeyd olunur ki, iddiaçılar tenderdə iştirak üçün sənədləri  6 sentyabr 2019-cu il saat 17.00-dək, tender təklifini və təklifin bank təminatını isə qapalı, möhürlənib imzalanmış ikiqat zərflərdə 16 sentyabr 2019-cu il saat 17.00-dək təqdim etməlidirlər.

Əlaqələndirici şəxs – Mehman Bayramov, e-mail- [email protected]

Telefon-(99412) 5058704 (əlavə 2304); faks- (99412) 4920592

Ünvan: Bakı , Nizami küçəsi 96E, Landmark I, 3-cü mərtəbə

 

Bütün xəbərlər