Altı ayda ixrac olunan təbii qazın dəyəri 1 mlrd. 201 mln. dollar təşkil edib

11:00 - 21.08.2019


21 avqust, Fineko/abc.az. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, SOCAR və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) məlumatlarına əsasən, 6 ayda Azərbaycandan 5 milyard 979,7 milyon kubmetr təbii qaz ixrac olunub.

Məlumatda qeyd olunur ki, yanvar-iyun aylarında ixrac olunan təbii qazın dəyəri isə 1 milyard 201 milyon 171 min dollar təşkil edib.

 

Bütün xəbərlər