“Mastercard” daha bir layihəsini inkişaf etdirməyi planlaşdırır

11:16 - 21.08.2019


21 Avqust, Fineko/abc.az. Bir müddət əvvəl “Mastercard” ödəmə sistemi telefon nömrəsi vasitəsi ilə xaricə pul köçürmələri xidmətinin inkişaf etdirəcəyi barədə məlumatlar yayılmışdı.

Artıq adıçəkilən şirkət bu sahədə Rusiyanın bir çox bankları ilə müzakirələrə başlayıb. Bununla bağlı məlumatı Rusiya mediası yayıb. Məlumatda qeyd olunur ki, sözügedən pul köçürmələri “Mastercard Hub” vasitəsilə həyata keçiriləcək.

Hazırda “Mastercard” müştərilərinə telefon nömrəsi və ya elektron poçt vasitəsilə Rusiya daxilində pul köçürmələri xidmətini təklif edir.

Bəhs olunan layihədə “Rayffayzenbank” və “Surqutneftqazbank” iştirak edir.

 

Bütün xəbərlər