Bakı Fond Birjasında ticarət bazarları üzrə birja üzvlərinin dövriyyəsi açıqlanıb

12:13 - 21.08.2019


21 avqust, Fineko/abc.az. 2019-cu ilin yanvar-iyul aylarında Bakı Fond Birjasında (BFB) ticarət olunan bazarlar üzrə birja üzvlərinin ümumi dövriyyəsi 10,278 milyard manat təşkil edib.

Bu barədə BFB məlumat verib.

Qeyd edilir ki, yeddi ayda ən böyük əməliyyat həcmi 5,401 milyard manat olan “PAŞA Kapital” investisiya şirkəti birinci, 1,867 milyard manatla “AzFinans İnvestisiya Şirkəti” QSC ikinci, 1,207 milyard manatla “Xalq Kapital İnvestisiya Şirkəti” QSC üçüncü yerdə qərarlaşıb. Ən az dövriyyə isə “BTB Kapital” investisiya şirkətinə məxsus olub - 97,846 milyon manat.

 

Bütün xəbərlər