AzerGold açıq tender elan edir

12:39 - 21.08.2019


21 avqust, Fineko/abc.az. “AzerGold” QSC Çovdar Filiz Emalı Sahəsində cari təmir və abadlıq işlərinin satın alınması üzrə açıq  tender keçirir. Tender  1 lot üzrə keçiriləcək.

Elanda bildirilir ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri 09.09.2019 15:00 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 16.09.2019 15:00 tarixinə qədər https://www.etender.gov.az/ portalı vasitəsilə təqdim etməlidirlər.

Qeyd olunur ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

 

Bütün xəbərlər