ABŞ-ın Mərkəzi Bankı ilin sonunadək faizləri daha 3 dəfə endirə bilər

15:48 - 21.08.2019


21 avqust, Fineko/abc.az. ABŞ-ın Mərkəzi Bankı FED 2019-cu ildə daha 3 dəfə faiz endirə bilər.

Xarici KİV-in yaydığı məlumata görə, bunu Britaniyanın transmilli investisiya bankı və maliyyə xidmətləri şirkəti "Barclays" iddia edir.

Ehtimallara görə, FED buna əsas səbəb kimi yavaşlayan qlobal iqtisadi artımı misal çəkib. Britaniyalıların iddialarına əsasən, FED hər 3 qərarında faizləri 25 bənd aşağı salmağı düşünür.

Qeyd edək ki, FED ötən ay faizləri 25 bənd azaldaraq 2.00 - 2.25% aralığına endirmişdi.

Bununla yanaşı ingilis iqtisadçıları  Avro Bölgəsində iqtisadi artım barədə də açıqlama yayıblar. İngilis iqtisadçılarının fikrincə, Avropa bölgəsində 2020-ci il üçün iqtisadi artım təxmini 1%-dən 0.6%-ə enəcək.

Bütün xəbərlər