Bakı Metropoliteni tender keçirir

21.08.2019,16:28


21 avqust, Fineko/abc.az. "Bakı Metropoliteni" QSC metro stansiya və obyektlərinin yanğından mühafizəsi üçün lazım olan ehtiyat material və avadanlıqlarının satınalınması üzrə açıq tender elan edir.

Elanda bildirilir ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri 10.09.2019 17:00 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 18.09.2019 16:00 tarixinə qədər https://www.etender.gov.az/ portal vasitəsilə təqdim etməlidirlər.

Həmçinin qeyd olunur ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.