AMB 200 milyon manat həcmində qısamüddətli notlar yerləşdirib

17:18 - 21.08.2019


21 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.

BFB-in məlumatında deyilir ki, 21 avqust  tarixində AMB 50101776S dövlət nömrəli, 200 milyon manat həcmində, 28 gün müddətinə qısamüddətli notlar təklif etmişdir.

Hərrac zamanı 16 investor tərəfindən qiyməti 99.5158 AZN (6.26%) olan 28 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 617 588 900.00 AZN olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5158 AZN (6.26%), orta ölçülmüş qiyməti 99.5158 AZN (6.26%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 mln. AZN təşkil etmişdir.

Notların ödəmə tarixi: 18 sentyabr 2019-cu il.

 

 

Bütün xəbərlər