Qızıl 6 dollara yaxın ucuzlaşdı

22.08.2019,09:58


22 avqust, Fineko/abc.az. Dünya birjalarında qızıl və gümüşün unsiyasının qiymətləri açıqlanıb.

Məlum olub ki, hərraclarda qızılın unsiyasının qiyməti 5,80 dollar ucuzlaşıb və 1 509,90 dollara ticarət olunur.

Gümüşün unsiyasının qiyməti isə 0,12 dollar azalaraq 17,03 dollara satılıb.