Aqrolizinq tender elan edir

22.08.2019,10:23


22 avqust, Fineko/abc.az. “Aqrolizinq” ASC mineral gübrələrin səyyar satışı məqsədilə daşınması xidməti üzrə açıq tender elan edir.

Elanda qeyd olunur ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri 22.08.2019 18:00 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 30.08.2019 18:00 tarixinə qədər https://www.etender.gov.az/ portal vasitəsilə təqdim etməlidirlər.

Bildirilir ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.